20
Universitetə tələbə qəbulu (Azərbaycan vətəndaşları üçün) ölkənin bütün ali məktəblərinə (bakalavriata və magistraturaya) tələbə qəbulunu keçirən Respublika üzrə vahid bir qurum – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən aparılır.
İKİNCİ ALİ TƏHSİL
Ikinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.
Əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər Universitetin müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.
İkinci ali təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə ikinci ali təhsil ixtisası uzrə tələbələr sırasına qəbul edilirlər.
Birinci ali təhsil aldığı ixtisas və seçdiyi ikinci təhsil ixtisaslarının uyğunlugundan asılı olaraq müvafiq kurslara qəbul olunur və təhsil müddəti müəyyənləşdirilir.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.



