BaküTürkleri.com » Genel » SiiR » Tahir TALIBLI

 
 
 

Tahir TALIBLI

Yazar: azeri_balasii 15-10-2008, 11:17, Gösterim: 2566

1

Ay,Tanrı,məni quş elə

Bagla bir quş qanadına

Təzədən birdə quş elə

Bir gözəl qız inadına


Dünya məni əndirsin qoy,

sonra köntöy dindirsin qoy

sonra,yenə mindirsin qoy,

bir dəlisoy cin atına


Sular dəyə-dəyə gedir,

daşı döyə-dəyə gedir,

hamı gizlənməyə gedir,

bəlkədə torpaq altına

21.05.2008
WWW.tahirtalibli.turkblog.com


Bakının yazı

Bakının bahara çıxan cagıydı,
qızların yndırıb yaxan çagıydı,
sevgimin kükrəyib agan çagıydı,
məni dəli etdi Bakının yazı,

dünyada hamının birdi umudu,
qış öz gözlərini yaza yumurdu,
qızlar söz umurdu,sevgi umurdu
məni silkələdi,Bakının yazı,


qəlbimdə bir ilıq yaz havasıydı,
söyüd tumurcugu çırtdayasıydı,
ürəyim sevincdən partdayasıydı,
məni xumarlandırdı Bakının yazı,

Ünvan Üzeyirbəy küçəsi idi,
enişdən-yoxuşdan keçəsi idim,
mən də milyonlardan bircəsi idim,
get,hec qorxma,- dedi Bakının yazı….
1975

Ürək bilər
(saz üstündə)
Baglayıb açanı sənsən,
kilidi,açarı sənsən,
bilmirəm haçandı sənsən,
bu həyatın başbiləni,

yüz biləni çaşdırıbdı,
söz biləni çaşdırıbdı,
düz biləni çaşdırıbdı,
bir xəlvətin çaş biləni,

meh titrədər,yarpaq bilməz,
ildırımı hər dag bilməz,
səma duymaz,torpaq bilməz,
bu yollarda daş biləni,

kimi tapar,kimi dilər,
kimi sızlar,kimi gülər,
bilsə təkcə ürək bilər,
gözdə bilməz,yaş biləni
1980



Niyə belə tozlu oldu bu yollar
(saz üstündə)
Ömür-gündü,gündən-günə azalan,
xatirələr çözəyində çözələn,
anam,sən də öz-özünə ozalan
Niyə belə tozlu oldu bu yollar?

dərdlərimi özüm çəkdim içimə,
bənzəmək də istəmədim heç kimə
ömrüm-günüm,sərt taledən incimə,
demə: Niyə belə tozlu oldu bu yollar?

belə gediş,gülünc gələr çoxuna,
boş söz söhbət ürəyimə toxunar,
baxışından çox gileylər oxunar:
Niyə belə tozlu oldu bu yollar?
1981

(saz üstündə)
Kövrəkdimi,ya sərtdimi,bilmirəm
incikdimi,ya pərtdimi bilmirəm,
bir arzumu cücərtdimi bilmirəm,
yüz arzumu heç eləyən dünyadı,

at işləməz agır yollar yorandı,
işıgı gur,boranıda borandı,
birdə gördün mərd qolunu burandı,
haqlı-haqsız güc eləyən dünyadı,

agbirçəyin,birçəyindən çəkinməz,
cavanından,göyçəyindən çəkinməz,
təzə açan çiçəyindən çəkinməz,
vaxtlı-vaxtsız köç eləyən dünyadı
1988


Mən belə olmazdım..
(saz üstündə)
Səni məndən elədilər,
qəlbimə qor ələdilər
hisslərimi taladılar,
yoxsa mən belə olmazdım,

o alqışlar,bu qargışlar,
taleyimə,nə bagışlar?
quraqlıqda gur yagışlar,
yagsa,mən belə olmazdım

deyilməsə söz vaxtında
agrısına döz vaxtında
ildırımlar öz vaxtında,
çaxsa,mən belə olmazdım
1980
www.tahirtalibli.turkblog.com
Ay Usuf dayı
(Saraclı Usuf aganın ruhuna
oxunan şer)

Ömür dognaqda ikən
doganaqdan keçmr örkən,
daha «Molleyvə» göy ürgən
burulmur,ay Usuf dayı,

haqqın çəpəri kələkdən
ələdi,keçdik ələkdən,
fələk pislik eləməkdən,
yorulmur ay Usuf dayı,



molleyvə-irevanda kənd adıdır


nə deyr sözün qərəzi,
əyrinin,düzün qərəzi,
qurulmur mizan-tərəzi,
qurulmur,ay Usuf dayı,

Canbaxcanın baxtı yatıb,
baxtsız yatıb,baxttı yatıb,
sosorulmur nə vaxtdı yatıb,
sorulmur,ay Usuf dayı

yol itib arannan daga,
daglar qalıb baxa-baxa
ag sürülər göy yaylaga
sürülmür ay Usuf dayı,

Qəflə karvanlar boşalıb,
iti qılınclar korşalıb,
gərilən simdi Borçalı,
qırılmır,ay Usuf dayı,

gedər-gəlməzdimi yollar?
qurdnan qalıb yurdlar ular,
elə bulanıb ki,sular,
durulmur,ay Usuf dayı

xəyalım didərgin quşdu,
başımda huşum dolaşdı,
Saraclısız da Saraclı,
olurmu,ay Usuf dayı,?!

Molleyvə-
(Ermənistanda Molla Eyyublu
kəndi)
1990

Allah vergisi
(Sona bülbüllər,Qıdirin Rustemovun səsi)

Oy,məni bu səsin qargışı tutub,
dikələ bilmirəm,belim əyildi
yoxsa ki,bir qızın qargışı tutub,
işim düz gətirmir iyirmi ildi,

bülbül fəryadımı,şir qəzəbimi,
can qurtara bilmir qəfəsdən Allah!
de,durub çırpımmı özümü yerə,
asımmı özümü bu səsdən Allah?!

kim qıyar canına,günah götürüb,
kim qıyar canına öz xoşluguyla,
bir yaşıl budaga pənah gətirib,
dərdini oxuyur quş quşluguyla,

yara işləyirsə,dərd hoylanıbsa,
səsin nə günahı,allah bəndəsi?
mənim dərdlərimlə bir boydadısa,
bir buxundadısa,elə bilirsən,
Allah vergisidi Qədirin səsi,

nə deyim,nə deyim,nə deyim indi
bir verib,beş qırtıb,beş aparanlar,
mənim gözlərimi yaş aparanda,
nə çoxdu oxuyub baş aparanlar,

agız dinazından,söz dinazından,
sən özün hifz elə mərdləri,tanrım!
bir yurd daşı üstə tənha,kimsəsiz,
oturub aglayan bir kor qocanın
Allah vergisidi dərdləri,tanrım

1989



Bir kəndin üstünə payız enirdi,

Yarpaqlar yaralı əsgərlər kimi,
səngərə yatırdı,yerə sinirdi,
ixtiyar dagları,qübar alırdı
Bir kəndin üstünə payız enirdi,

bəlkə də qızılı rəngdən qızınıb,
qəlbimdə qəriblik gümüldənirdi,
sevincdən yazınıb,qəmnən yazınıb,
Bir kəndin üstünə payız enirdi,

şır-şır bulaqların gözü yol çəkər,
bir də ki,borclunu,borclu sag istər,
ürəyim bu payız bir vaqon təki,
ötən qatarlara qoşulmaq istər,

keçirdi gözlərim önündən bu an,
neçə burulganlar,neçə axınlar,
yadıma düşürdü yaxın uzaqlar,
yadımdan çıxmırdı,uzaq yaxınlar

…Toruna düşmüşdü söyüd küləyin,
asıla qalmışdı gur saçlarından,
bir kəndin üstünə payız enirdi,
yapışa-yapışa agaclarından
1974
www.tahirtalibli.turkblog.com
Yenə o daglar başında
lalə,nərgiz bitərmi ola?
mənim həsrətlərim ola,
ömrüm başa yetərmi ola?

şimşəkləri,gurşadları,
qılınc yerinə qurşadım,
sevdim,köhnəldim,korşaldım,
sevdalar bir xətərmi ola?
2000


DüNYA UCUZUNA GEDIR

öMüR –BIR BAgLI SANDIQCA
QIYMəTDə QARA FINDIQCA
SAgIM,SOLUM BULANDIQCA
ICIMDə UçUNMA GEDIR





MəNIMKI SöZ SöYLəMəKDI,
SöZDəN-SöZə BəYLəNMəKDI
BU NECə NəF ELəMəKDI?
ZIYANIN ICINNəN GEDIR

KEçMIR KIMSəNIN SUçUNNAN
QALMIR öZ KöHNə KöCüNNəN
DüNYA ELE BIR UCUNNAN
TUTUB UCUZUNA GEDIR
1991


Bu nə köçhaköçdü,a Talıf oglu

Kimə çörək verib,kələk görübsən,
neçə diz qatlayıb,bilək görübsən,
hər qarış torpaga kürək veribsən,
Bu nə köçhaköçdü,a Talıf oglu?

geyib ayagına dəmir çarıgı,
çatıb bir-birinə aranı-dagı,
axirət əyyamı,ixtiyar cagı,
Bu nə köçhaköçdü,a Talıf oglu?

yaxşıdan keçirsən,pisdən keçirsən,
keçilməz yolları,hirsnən keçirsən,
Altaydan adlayıb,Qarsdan keçirsən,
Bu nə köçhaköçdü,a Talıf oglu?


nə əvvəlin bəlli,nə sonun bəlli,
sürülü yaylaqlı,naxırlı,kəlli,
zəmili,xırmanlı,sünbüllü,vəlli
Bu nə köçhaköçdü,a Talıf oglu



bir yurd Canbaxcadı,bir yurdda Şıxlı,
alnın düyünlüdü,yolun açıqmı?
zurna-balabanlı,toylu-aşıqlı
Bu nə köçhaköçdü,a Talıf oglu

comərd yaşayıbsan,mərd dolanıbsan,
elə yurd deyibsən,yurd dolanıbsan
nədi,bu dünyanı dörd dolanıbsan,
Bu nə köçhaköçdü,a Talıf oglu


gör necə bürüdü duman dagları,
yaman daglanıbdı şaman dagları
Vallah əridəcək güman dagları
Bu nə köçhaköçdü,a Talıf oglu
Bu nə köçhaköçdü,
Bu nə köçhaköç
1989

Heç kəs öz dərdini götürə bilmir
Heç kəs öz dərdini,vallah dünyada
hələ əlləriylə üzəngi basan,
hələ ayaqları sallaq dünyada

mürgülü başlarla ayılmır bəşər,
özünü aldadır,başını qatır
insan ipəkləşir yuxularında
insan yuxularda tanrıya çatır

elə ki,elə ki,qarnına yeyir
elə ki,elə ki,əyninə geyir
dönü başqalaşır,özünün olmur,
dönüb qaşqalaşır,özünün olmur

www.tahirtalibli.turkblog.com
Butalıdı yar yuxusu
yastıgın ənbər qoxusu
mənim həsrətim oxusun,
sənin hicranın var olsun,

buludlar uddu tüstümü,
yagışlar aldı üstümü,
gəlsədə əcəlim kimi,
gəlsin, o anın var olsun,

olacaqlar önə gəlsin,
gələcəklər yenə gəlsin,
yüz qanmazın dinə gəlsin,
bircə qananın var olsun
2001



AYRılıqlar tanrılıqdı

gözünnən aydın görürəm,
qəmin-göyərən yeridi,
deməsəndə mən bilirəm,
dərdin-dərdindən yeyindi

nə buludsan,nə yagırsan
nə axan selnən axırsan,
de niyə belə baxırsan,
bu uçuq sənin evindi,

sevdalar bir yara yeri,
yarı göyün,yarı yerin,
ürəyimiz ura yeri,
əllərimiz kösöv yeri,

bu nə sondu,ayrılıqdı,
ayrılıqlar tanrılıqdı,
içim şüşədi,sınıqdı
məni qarga,söy indi
2000


BİR yalquzaq təki sınan təklənən,
hövsələm,mən səni saxlayammıram,
yaşaya bilmirəm yorgun ürəknən,
bu çixiq gözlərnən aglayammıram

kimdədi dolaşıq ucu kələfin,
hardadı,tapmaga ümid yox az-maz
gedib o dünyanı görüb gələnin,
daha bu dünyada qorxusu olmur,

bu qədər təzadlar,bu qeylu qallar,
Allahın özünü başdan çıxarır,
mənim bu qılıqsız,köntöy inadım,
bir parça çörəyi daşdan çıxarır,

sən uzaq ulduzum,yovuş mənimlə
daha kimsənəyə yovuşammıram,
sən cırnıq taleyim,barış mənimlə
yox,daha səninlə barışammıram

bu sinəm bir qara arxac yeridi,
ürəyim qəfildən atlana bilər,
nə yalvara bilər kösöv əllərim,
nə sınıq dizlərim,qatlana bilər

kimdədi dolaşıq ucu kələfin,
hardadı,tapmaga ümid yox az-maz
gedib o dünyanı görüb gələnin,
daha bu dünyada qorxusu olmur,
1992




eldən çıxannarda
çıxmaz yolundan
yol tutar qolunnan yolunu azsa
dünya peygəmbərlər dünyası olar
oturub hər şair özünü yazsa

dünyanı pay kimi dartın özünə
bir bəxti kəm oglu özünü dartır
özünə bənzəyir hər kəs qəbirdə
ölülər qəbirdə özünü yatır

diriynən diridi qəbirstanlıqlar
fikir çözələyir hüzur yerləri
allah,and yeridi qəbirstanlıqlar
ən təmiz yerlərdi məzar yerləri


hərə öz dərdini götürüb gedir,
hərə öz dərdini vallah dünyada
hələ əlləriylə üzəngi basan,
hələ ayaqları sallaq dünyada
1990


Şamaxı qızları şair sevəndi
(M.Ə.Sabirin ruhuna)
Dünən bir məşədi bogaz yırtırdı,
bogaz yırtırdı ki, qəzet alamyın,
qəzetdə kitabda çoxlu yalan var,
şairə,şeirə heç inanmayın
şairdən millətə ancaq ziyan var,
çoxda ki,qızların şair sevəndi,
şamaxı,şairə allergiyan var,

bir cansız böcəyə can isindirir,
sıgınır bir çimdik ota,əncərə
dünya Şamaxıya yıgışa bilir,
Sabir Şamaxıya sıgışa bilmir,

tacirlər,karvanlar,Şamdan qayıdır,
Nəsimi soyulur,gedib Hələbdə
Şamaxı qurtarmır şair əlindən,
şairlər qurtarmır şərdən,kələkdən

bir dəli maraga gedib ölən var,
fərqi nə,qarşıda dumandı,çəndi
Vallah yuxusunda şair görən var,
Şamaxı qızları şair sevəndi.
1992


Əlli yaşıma
Hardan yol gəlirsən,hardan bilinmir,
qəbrin düşəcəyi yer bəllidimi?!
gəlib əlli yaşa çatdın birtəhər,
çatdıgın əlli də,bir əllidimi,

Tanrım,bu necə ömürdü?
yaşadım kirayə kimi,
yürüdüm cəsədim üstə
çatım bir ürəyə kimi,

ölümsə son ucu ömrün,
çoxdan keçdim bu son ucu,
bir yoldu tutub gəlirəm,
uzun,əzablı,yorucu

İti sellərnən gurlaşan,
dəli yellərnən kürləşən,
qat-qat dərdlərnən dilləşən
agrılarnan bışən canım

yuvası uçuq quşlarnan
göz üstə çatıq qaşlarnan,
itib qarışıq başlarnan,
qurdlarnan ulaşan canım,

öz-özünə yoxuş olub,
əzablardan bihuş olub,
gecələri bayquş olub,
yurdları dolaşan canım
[font=Arial][font=Arial][size=2]

Kategori: Genel » SiiR

Sitemizden daha iyi yararlanabilmek için,
lütfen üye olunuz.
<
  • Konuları: 0
  • Yorumları: 143
26 Aralık 2008 19:21

siyanka

Alıntı Yap
  • Üye Tipi: Normal Firma
  • Kayıt Tarihi: 9.12.2008
 
BU NEDI DEHSETTTTTTTTTTTTTT.


Yorum Ekle

isminiz:*
E-Mail:*
Yorum:
Bütün Gerekli Alanlari Doldurun: *